14 Nis 2018

Üçüncü dünya müharibəsi başlayıb

Üçüncü dünya müharibəsi başlayıb


Suriyada kəskin hərbi-dramatik vəziyyətin yaranmasına baxmayaraq, bunda bəzi müsbət məqamlar da var.
Bunu hərbi politoloq, Q.V.Plexanov adına Rusiya iqtisadi universitetinin politoloqiya və sosiologiya kafedrasının dosenti Aleksandr PerenciyevOxu.Az-a verdiyi açıqlamada bildirib.  
Ekspertin sözlərinə görə, birincisi, ilk dəfədir ki, Qərbin güclü zərbələrinə məruz qalan ölkə, özünü müdafiə edə bildi.
“Əlbəttə ki, burada Rusiyanın yardımını danmaq olmaz. Ancaq Suriyanın yeddi  ildən çox qana qəltan olmasını nəzərə alsaq, bugünkü günün reallıqları daha aydın olar. Demək istədiyim odur ki, Yuqoslaviya, İraq və Liviya ssenariləri artıq Suriya üçün keçərli olmayacaq”,- deyə Perenciyev bildirib.  
Ekspertin təbirincə, ikincisi,  ABŞ və Britaniyanın raket zərbələrindən sonra Rusiya-Suriya dostluğu, suriyalı hərbçilərin peşəkarlığı və praktiki bacarıqları daha da möhkəmləndi. Rusiya hərbi elmi isə təhlil və araşdırma üçün yeni faktlar əldə etdi:
“Ancaq ən əsası, Suriya xalqının özünə inam hissi, onlara meydan oxuyan hiyləgər və güclü Qərbin  istənilən ağılasığmaz təhdidlərin öhdəsindən gəlməyin və ölkəni bərpa etməyin mümkünlüyünə inamı artdı”.
 “Üçüncüsü, ABŞ və Britaniya dünyaya təhdid olan terror subyektləri və sifarişçiləri özlərini ifşa etdi. İndi onların terrora qarşı savaş/müharibə ilə bağlı bütün bəyanatlarını, əsl məqsədi əksinə olaraq terroru dünyada inkişaf etdirmək və yaymaq olan, boşboğazlıq kimi nəzərdən keçirmək olar”, - deyə politoloq bildirib.
Ekspertin fikrinə görə, dördüncüsü, 14 aprel (2018) dünya tarixinə dünya hərbi hegemonu ABŞ və onun başda Britaniya olmaqda Qərbdən olan müttəfiqlərinin qürubunun başlanğıcı kimi düşəcək. Paralel olaraq isə Rusiya və onun müttəfiqləri, məsələn, Çinin təsir gücü artacaq.
“Beşincisi, Suriya HHM sisteminin zərbələri effektiv şəkildə dəf etməsi, Rusiya silahlarının dünyadakı imicini daha da artırmış oldu,  bu isə o deməkdir ki, bundan sonra dünya bazarında rusiya silahlarına tələbat daha da artacaq”, - deyə Perenciyev qeyd edib.
Bir müddətdən sonra, deyək ki, bir ildən sonra dünya düzəninin hansı şəkildə dəyişəcəyi sualına rusiyalı hərbi ekspert, hər şeyin uçuruma doğru yuvarlanacağını söyləyib.
Onun proqnozlarına görə, böyük ehtimalla başda Rusiya və Çin olmaqla güclü anti-Qərb hərbi ittifaqı yaranacaq; həmin ittifaqa Asiya, Afrika, Latın Amerikası və ola bilər hətta Avropa da qoşulacaq.  
“Bəli bu Üçüncü dünya müharibəsinin başlanğıcıdır”, - deyə ekspert müxbirin müvafiq sualını cavablandırıb.

16 Mar 2018

"iPhone 8 Plus"ın istehsalı dayandırıldı

"iPhone 8 Plus"ın istehsalı dayandırıldı


“Apple” şirkəti Çinin Kunşan zavodunda “iPhone 8 Plus”-un istehsalını iki həftə müddətinə dayandırıb.
İlk1o.blogspot.com  “MacRumors”-a istinadən xəbər verir ki, iddiaya görə, buna səbəb mobil qurğunun yığılması ilə məşğul olan təchizatçı “Wistron” şirkətinin sertifikasiyadan keçməmiş detallardan istifadə etməsidir.
Şirkət “Apple”-ın nüfuzunu qaytarmaq üçün bir neçə yüksək-vəzifəli rəhbəri külli miqdarda cərimələyib.
Şayələr fonunda “Wistron” şirkətinin səhimləri beş faiz ucuzlaşıb.
Hələlik, saxta hidro-izolyasiya komponentləri olan ayfonların satışa çıxarılıb-çıxarılmadığı məlum deyil.

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər" Vəkildən SENSASİON AÇIQLAMA

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər" Vəkildən SENSASİON AÇIQLAMA

Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan Vahib Xudadatov həbs edilib. 

Sonradan məlum olub ki, həbs olunan şəxs ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinə çıxaraq orqan transplantasiyası üçün lazım olan vəsait toplayıb. 

Bununla bağlı   vəkil Əsabəli Mustafayev aparıcı Zaur Baxşəliyevin həmin müalicə pulunun yığılmasında iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalının olduğunu bildirib: 
"Müalicə pulunun yığılmasında və bu prosesdə iştirak etdiyinə görə ola bilsin ki, Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb edilsin”. 

Vəkil vurğulayıb ki, əgər pulu yığıb həmin bu adama veribsə deməli o da bu orqan satışının iştirakçısıdır: “Əlbəttə bu sübut olunarsa Zaur Bəxşəliyev cinayyət məsuliyyətinə cəlb edilə bilər. İstintaqın gedişatından aslı olaraq bilinəcək ki, Zaur Bəxşəliyev bu orqan satışında iştirak edib ya yox. Bəlkə o, xeyriyyətçi kimi pulun yığılmasında iştirak edib. Bu məsələdə adamın özünün günahı var. Ola bilsin ki, Zaurun Bəxşəliyev özü bilmirdi ki, iştirakçı kimi iştirak edən şəxs bu işlə məşğuldur. Onun xeyirxahlığından da istifadə oluna bilər. Əlbəttə bütün bunlar istintaq araşdırmalarından sonra bilinəcək”.

İlham Əliyev əhalinin bu borclarını sildi

İlham Əliyev əhalinin bu borclarını sildi


Prezident İlham Əliyev məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında qanunun təsdiqlənməsi haqqında fərman imzalayıb.

https://ilk1o.blogspot.com/ xəbər verir ki, qanunda bildirilir ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir.

Qanun nəzərə alınmaqla, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir:

- sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir;

- sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir;

- sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir.

Yekun müddəada qeyd olunur ki, qanunun maddələrinin ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

İlham Əliyev ziyafət verdi - FOTOLAR

İlham Əliyev ziyafət verdi - FOTOLAR

Martın 15-də VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Askbaz.blogspot.com-un xəbərinə görə, ziyafətdə Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib.

Bir sıra ölkələrin dövlət və hökumət başçılarının, eləcə də sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi və ictimai xadimlərin iştirak etdikləri ziyafətdə prezident İlham Əliyev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa çıxış ediblər.

Altıncı Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.









14 Mar 2018

Sevil və Sevinc oriental rəqsi ilə diqqət mərkəzində – VİDEO

Sevil və Sevinc oriental rəqsi ilə diqqət mərkəzində – VİDEO


Müğənnilər Sevil-Sevinc bacılarının sosial şəbəkədə maraq doğuran videosu yayılıb.
Askbaz.Blogspot.Com xəbər verir ki, sözügedən görüntülərdə bacılardan biri oriental rəqs oynayıb.
Video izləyicilərin böyük marağına səbəb olub.

Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

Damla: Nə haqla atamın məzarına dil uzadırsınız?

Müğənni Damla sosial media hesabında atasının ölümündən sonra toylara getməsini qınayanlara cavab verib. 
Oxu.Az xəbər verir ki, ifaçı “Instagram” səhifəsində toylara məcburən getdiyini yazıb:
“İçinizdəki insanlığı kim öldürüb? Kənardan bir insanın həyatını müzakirə etmək, həqiqətləri bilmədən danışmaq, kiminsə könül yarasını qanatmaq bu qədərmi adi bir şeydir?
Özünə, varlığına, ailəsinə hörmət etməyən “insancıq”lar, mənim ata itkimi ələ salıb məni nə haqla qınaya bilərsiniz? 
Anamın icazəsi və hallallığı ilə işimə davam etmişəm. Bunu dərk edə bilmirsiniz, məcburam! Aylar öncə yazılmış toylar, əmanət verilən behlər, öncədən təyin olunmuş konsert salonları, satılan biletlər, xaricə uçmaq üçün alınan təyyarə biletləri, komandamın aylıq maaşı, ailəmin yükü, oğlumun təhsili və daha yazmaq istədiyim bir çox şeylər…
Bunların hesabatını kim ödəyəcəkdi? Mən təkəm, arxasızam. O şərh yazanların ağzı isti yerdədir. Ya ərləri qazanır, ya da kimlərinsə hesabına yaşayırlar. 
Siz nə haqla atamın məzarına dil uzadırsınız? Kimsiniz? Yazırsınız ki, atasının yasını saxlamır. Məndən çox canınız yanır? Yazırsınız ki, kefdəsən, puldan gözün doymur, bütün günü toylardasan.
Toy dediyiniz ailə məclisidir. Mən klublarda əlimdə içki görüntülənməmişəm, ağzınıza gələni yazırsınız. Hər gün saçımı rənglədirəm, ya atamın ölümündən sonra soyunmağa başlamışam? Nə dəyişib ki?
İllərdir ki, ürək xəstəsi olan atamın bütün çətinliyini tək çiynimdə daşımışam. Bir çox oğulun etmədiyini etmişəm. Sağlığında insana dəyər verirlər. Onu sağ ikən heç bir sıxıntıda yaşatmamışam.
Təki hamı mənim kimi ailəsinin qədrini bilsin. İçimdəki ağrını nə bilirsiniz? Utanın! Allahınız olsun, susun. Acı və itki mənimdir”.
Qeyd edək ki, Damlanın atası Qərib Məmmədov ötən ayın əvvəlində dünyasını dəyişib. 


13 Mar 2018

İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat olub.
Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Nazirlər Kabineti Azərbaycan Respublikası prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.
Sərəncama əsasən, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat verməlidir.

Bayram qabağı əhaliyə şad xəbər

Bayram qabağı əhaliyə şad xəbər


Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.
Bunu Oxu.Az-ın sorğusuna cavabında  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.
O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır.
Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək.
Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur.
Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin  daxilolmalarda artım cari ildə davam edib.
Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb.
 

 

12 Mar 2018

İlham Əliyev generala vəzifə verdi

İlham Əliyev generala vəzifə verdi

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb

Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO

Nepalda təyyarə qəzası: 50 ölü – YENİLƏNİB + FOTO + VİDEO


Katmanduda faciəvi təyyarə qəzası ekipaj üzvlərinin səhvi ucbatından baş verib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Katmandu beynəlxalq aeroportunun rəhbəri bəyanat verib.
Katmandu beynəlxalq hava limanı yaxınlığında “US Bangla” şirkətinə aid 78 oturacaqlı “Bombardier Dash 8 Q400” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 50 nəfər həlak olub.
14:54
Katmandu beynəlxalq hava limanında təyyarə qəzası zamanı 50 nəfər ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.
Qeyd olunur ki, təyyarənin göyərtəsində 67 sərnişin və dörd ekipaj üzvü olub.
14:19
Katmandu beynəlxalq hava limanında qəzaya uğrayan US-Bangla aviaşirkətinin sərnişin təyyarəsinin göyərtəsində 67 nəfər olub.
Oxu.Az-ın “Kathmandu Post”a istinadən məlumatına görə, onlardan 17-si xəstəxanaya yerləşdirilib.
Daha 50 nəfərin taleyi barədə məlumat yoxdur.
13:51
US-Bangla aviaşirkətinə məxsus sərnişin təyyarəsi Nepalda Tribhuvana adına Katmandu beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “Kathmandu Post” nəşri yazır.
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb və alovlanıb.
Bildirilir ki, “Bombardier Dash 8 Q400”  tipli təyyarələr 67-dək sərnişin tutumuna malikdir.




11 Mar 2018

lk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR

lk insanları bu xəstəlik məhv edib - ŞOK FAKTLAR


People

 Dünyada ilk insanları müasir insanların yoluxduğu xəstəliklər məhv edib. Afrikadan Avropaya gələn ilk insanların - Neandertalların nəslinin tükənməsinə səbəb olan xəstəliklər məlum olub. Araşdırmalar onu göstərir ki, müasir insanlar o vaxt da virus daşıyıblar. Virus daşıyıcısı olanlar xəstəliyi Neandertallara keçiriblər. Yoluxduqları xəstəliklər səbəbindən Neandertal insanların nəsli sürətlə tükənməyə başlayıb.

10 Mar 2018

Hüseyn Əzizoğludan daha bir biabırçı VİDEO

Hüseyn Əzizoğludan daha bir biabırçı VİDEO

Sosial şəbəkə insanın özünü tanıtması üçün ən əlverişli vasitədir desək, yanılmarıq. Bu vasitə ilə xeyli məşhurlaşan insanlar var. Bunlardan biri də vayner Hüseyn Əzizoğludur.

Zarafat deyil, bu insanın təkcə “instagram”da 800 minə yaxın izləyicisi var. Bu isə o deməkdir ki, siyasi savadı, elmi düşüncəsi olmasa belə, istənilən halda kütləyə təsir etmək gücündədir.

Məsələn, narkomaniyaya, zorakılığa qarşı videolar çəkməklə cəmiyyətə azdan-çoxdan töhfə verə bilər. Amma o bunun əvəzində nə edir? Məşhurlaşmağın ən asan yolunu sadəcə və sadəcə “18+”, qurşaqaltı videolar çəkməkdə görür.

İndi sizə təqdim etdiyimiz video da onun sonuncu çəkdiyi vaynerdir. İş üçün müraciət edən xanım müdirdən hər dəfə “yox” cavabını alır. Və nəticədə işə düzəlmək üçün çıxış yolunu ətəyini qaldırmaqda görür. Məsələdən agah olan “müdir”in də xanımı hansı məqsədlə işə götürdüyünü başa düşmək “2+2″nin cavabını bilmək qədər sadə və asandır.

Biz təqdim edirik, şərh sizin

WhatsApp yeni yeniləməsi ilə diqqət çəkir

WhatsApp yeni yeniləməsi ilə diqqət çəkir


Dünyanın ən çox istifadə edilən mesajlaşma tətbiqi WhatsApp, Android versiyası üçün Google Play Beta Proqramı vasitəçiliyi ilə yeni bir yeniləmə təqdim edən beta versiyasını 2.18.75-ə yüksəldib. WhatsApp beta 2.18.75 versiyası, mesajlaşma tətbiqi üçün hansı yenilikləri gətirir? Bildiyiniz kimi WhatsApp bir müddətdir tətbiq gətirəcəyi çıxartmalar xüsusiyyəti üzərində çalışmaqdadır.

İlham Əliyev Təhsil Nazirliyi ilə bağlı sərəncam

İlham Əliyev Təhsil Nazirliyi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.